Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"1 milyon versələr arıqlayaram"

"1 milyon versələr arıqlayaram"

Date: 27 November 2016 13:42

Əməkdar artist Almaz Ələsgərli ürəyincə təşkilatçıların olmamasından şikayətlənib. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, özünə prodüser axtarır:

"Gərək səni televizorda görəndə kanalı çevirməsinlər. Tamaşaçı səni efirdə görəndə desin ki, necə pozitiv müğənnidir. Yaxşı prodüser axtarıram, işi yaxşı apara bilsin. Hər zaman solo konsert verməyi arzulamışam. Türkiyəli ifaçıların konsertinə həsrətlə baxıram. Türk məşhur bizə gəlir, 1,5 saat oxuyur, 70 min alıb gedir. Mənə 70 min versəydilər, 3 saat oxuyardım. Yaxşı prodüser tapmaqda çətinlik çəkirəm".

Aktrisa kimi filmlərə təklif alan A.Ələsgərli bu işdən də narazı olduğunu deyib:

"Mənə xoş gələn təklif azdır. Hər filmə razılıq verə bilmərəm. Rolları seçməliyəm. Əgər 1 milyon versələr, rol üçün 1 saata arıqlayaram".

Milli.Az


Tags:  milyon versələr arıqlayaram

RƏYLƏR


Top news