5 yaşından çobanlıq edən Azərbaycan qadınının ACI HEKAYƏSİ - FOTO

5 yaşından çobanlıq edən Azərbaycan qadınının ACI HEKAYƏSİ - FOTO
14:17 27 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənim bir qoyun qədər qiymətim olmayıb. Halbuki, bir qarın yemək, isti yataqdan başqa heç nə istəməmişəm

Göz yaşları danışmasına imkan vermir. Balalarını bağrına basıb hönkürür.

5 yaşında qızı, 2 yaşında oğlu var. Oğlunun üzü-gözü yara içindədir. "Gecə evdən qaçanda yıxılıb", - paltarının ətəyi ilə göz yaşlarını silərək dillənir.
Noyabrın 15-də polislər tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Ona qədər isə körpələri ilə küçələrdə, parklarda gecələyib. 
Milli.Az xəbər verir ki, 29 yaşlı Gülşən Məmmədova başına gələnləri virtualaz.org saytına danışıb:
- 5 yaşından çobanlıq edirəm. 6 yaşında əlimə bir qələm, dəftər verib məktəbə göndərdilər. Tək bircə gün, sonra yenə atamın sürüsünü otarmağa getdim. Nə hərf tanıyıram, nə də oxumağı bacarıram. Kəlbəcər işğal ediləndə uşaq olsam da, çox sevinirdim. Çünki qoyunlardan yaxa qurtaracaqdım. Gecə-gündüz tək bir istəyim olub, Allah göydən daş yağdırsın, atam və qoyunları bir gecədə ölsün. Nə bəladır ki, atam bütün sürünü Kəlbəcərdən çıxara bilib. Beləcə Göygölə gəldik. Evdən qaçana qədər sürüyə mən baxmışam.

- Ailədə səndən başqa çobanlıq edəcək bir kimsə yoxdur?

- 4 bacı, 2 qardaşıq. Qardaşlarım bizdən böyükdür, amma atam ta uşaqlıqdan onların işləməsinə imkan verməyib. Deyir ki, Allah qızları əvvəlcə atasına, qardaşlarına, sonra da ərlərinə xidmət etmək üçün yaradıb. Həmişə ailənin bütün yükü mənim və bacılarımın üzərinə düşüb. Mən çobanlıq edirdim, bir bacım evləri təmizləyirdi, digərləri südü-qatığı aparıb satırdılar. Sonradan hamısı evdən qaçdı, qaldım tək. Mən də qarşıma çıxacaq ilk insanla qaçacağıma and içmişdim. Elə qaçqım da.

- Bəs həyat yoldaşın hardadır?

- Qoyunlar xəstələnmişdi, atam bunu bəhanə edib məni döydü. Evdən qaçıb tövlədə yatdım. Qış idi, qar yağmışdı, səhərə qədər qoyunlara sığınıb qaldım. Axı, mənim bir təqsirim olmamışdı. Ertəsi gün yenə məni döydü, dedi ki, hər qoyuna görə cavab verəcəksən. Üç gün ac saxladı məni. Həmin günlərdə indiki həyat yoldaşımla tanış oldum, kim olduğu ilə maraqlanmadan qoşulub qaçdım. Bu da həbsdən yeni çıxıbmış, nə evi, nə də ona sahib çıxacaq birisi yoxmuş. Sonra oğurluq edib yenidən həbs olundu. Mehriban xanım uşaqlara sənəd düzəltmək üçün köməklik etdi.



- Anladığım qədər, yenidən ata evinə dönmüsən.

- Küçələrdə qalırdım, zibillikdən yemək götürüb yeyirdim, dilənirdim. Sonra oğlum xəstələndi. Uşağı qucağıma götürüb, bütün xəstəxanaları gəzmişəm. Savadsızam, amma bilirdim ki, dövlət xəstəxanalarında pulsuz müalicə edirlər. Həkim dedi ki, don vurub, zibillikdən yemək yeyib deyə xəstələnib. Sonra atamgilə getdim, dedim ki, bəlkə uşaqlara görə onlarda qalmağıma icazə verər. Yenə çobanlıq edirdim, amma hər şeyə, ən çox da uşaqların çox yemək yeməsinə deyinirdi. Qızımı döyürdü, deyirdi, apar uşaqları küçəyə at, yenidən gəl sürüyə bax. Onda evdə qalmağına icazə verəcəyəm. Mən də uşaqları küçəyə atmağa razı deyiləm.

- Buna görə evdən qaçdın?

- Yox, ev isti idi, atam evdə olmayanda qarındolusu yemək yeyirdik. Buna görə də, söyüşlərinə, təhqirlərinə çalışırdım cavab verməyim. Sonuncu dəfə qızıma bağdakı almaları toplamağı tapşırıb, bazarda satdıracaqmış. Uşaq da almalardan birini yeyib. Ona görə uşağı da, məni də döydü. Biz evdən çıxanda gecə saat 2 olmuşdu. Heç uşaqların paltarlarını da geyməsinə icazə vermədi. Mənim saçlarımdan tutub küçəyə qədər sürüdü ki, ya uşaqlarını bu gecə küçəyə qov, ya da özün də onlarla birgə get. Üz-gözüm qan içində idi. Gecə küçədə qaldıq. Səhəri gün Kəlbəcər Rayon İcra Hakimiyyətinə getdim.



- Ora niyə getmişdin? Polisə şikayət etmədin?

- Yox, İcra Hakimiyyəti mənə ayda 50 manat yardım verir, ev üçün qeydiyyatdayam. Amma mənə ev vermirlər, deyirlər ki, növbədə gözlə. "Qaçqınkom"da hamı məni tanıyır, içəri girən kimi deyirlər ki, get ev paylananda çağıracağıq. Bəs neyləyim, iki uşaqla nə vaxta qədər küçələrdə gecələyim? Əxlaqsızlıq edim? Bacılarımın mənə baxacaq imkanları yoxdur, anam illərdir yataq xəstəsidir, ayaqları tutulub, qardaşlarım da qapısına buraxmır. Atam qoyunlrından başqa heç bir şey fikirləşmir. Atam qoyunlarının yarısını satsa, Bakıda bir neçə ev alar. Uşaqların paltarı yoxdur, burda paltar veriblər, amma hələ də ayaqqabıya, coraba, isti paltara ehtiyacım var. İsti ev, bir də qarındolusu yemək verən olarsa, nə iş desələr, razıyam.
...Gülşən uşaqlarının internata verilməsinə razı deyil. "Çobanlıq da edərəm, bizə bir qarındolusu yemək versinər, məni, uşaqlarımı döyməsinlər", - bunu yazmağımı xüsusilə xahiş edir. "Çoban olaram" - hər dəfə bu kəlməni söyləyəndə sanki dünyanın bütün ağırlığını çiyinlərində hiss edir.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Zaqatala sakinindən qeyri-adi ixtira - FOTO/VİDEO

30 Mart 2017 04:33

Asfaltın çatlarına qızıl dolduruldu - FOTO

30 Mart 2017 04:32

7 yaşlı övladı öldürülən qadın:

30 Mart 2017 03:45

Diş daşlarını yox edən ucuz və səmərəli vasitə

30 Mart 2017 03:43

Bakıda mənzildə yanğın oldu

30 Mart 2017 03:34

"Xəyal mələkləri"nin FOTOları

30 Mart 2017 03:32

İstanbulda atışma - 3 yaralı

30 Mart 2017 03:19

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32