Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qətlə yetirilmiş icra başçısının oğluna yeni vəzifə verildi

Qətlə yetirilmiş icra başçısının oğluna yeni vəzifə verildi

Date: 27 November 2016 14:19

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

 

Lent.az femida.az-a istinadən xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

 

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

 

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.


Tags:  Qətlə yetirilmiş icra başçısının oğluna yeni vəzifə verildi


RƏYLƏR


Top news