Əliyevlə Sarkisyanın görüşəcəyi dəqiq deyil - Ermənistan XİN - FOTO

Əliyevlə Sarkisyanın görüşəcəyi dəqiq deyil - Ermənistan XİN - FOTO
15:08 27 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

Publika.az report-a istinadən xəbər verir ki, bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa...".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR