İran dövlət dəmir yolları idarəsinin baş direktoru Möhsün Purseyd Ağayi istefa verib.
Yerli mətbuatın yazdığına görə, istefaya noyabrın 25-də İranın Seman vilayətində baş verən agır qatar qəzası səbəb olub.
Xatırladaq ki, qəza nəticəsində 45 nəfər həyatını itirib,
100-dən çox insan isə yaralanıb. İranın hüquq mühafizə orqanları
hadisəni araşdırmağa başlayıblar. Artıq üç nəfər məsul şəxsin həbs
edildiyi bildirilir.
İstefasının səbəbini açıqlayan M.P.Ağayi bəyan edib ki, dəmir
yolunda baş verən hadisədə o da məsuliyyət daşıyır və insan
tələfatı ilə nəticələnən qəzadan sonra vəzifədə qala bilməz. Baş
direktor bildirib ki, istefa ərizəsini yollar və şəhərsalma naziri
Abbas Axundiyə verib və nazir ərizəni qəbul edib. (Azərtac)