Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəzəryanı dövlətlər yeni sənəd imzalayıblar

Xəzəryanı dövlətlər yeni sənəd imzalayıblar

Tarix: 27 Noyabr 2016 15:34

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb.

 

APA-nın “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya  qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

 

Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, məsələn, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur. 


Teqlər:  Xəzəryanı dövlətlər yeni sənəd imzalayıblar



RƏYLƏR


Top xəbərlər