Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıblar

Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıblar

Date: 27 November 2016 15:42

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, QazaxıstanTürkmənistanın sahəvi qurumlarının rəhbərləri "Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Protokol imzalayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya  qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

Eyni zamanda, protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, məsələn, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur. 

Milli.Az


Tags:  Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıblar

RƏYLƏR


Top news