Premyer Liqa: "Neftçi" XIII turda 10-cu dəfə məğlub olub

Premyer Liqa: "Neftçi" XIII turda 10-cu dəfə məğlub olub
16:12 27 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
"Report"un məlumatına görə, açılış oyunu Gəncədə "Kəpəz"lə "Neftçi" arasında baş tutub.
Bu görüşdə qonaq komandanın baş məşqçisi Elxan Abdullayev X turda "Qəbələ"yə 1:4 hesablı məğlubiyyətlə bitən matçdan sonra əvəzedici heyətə göndərdiyi Jayro Rodrigesi bağışlayıb və ona start heyətində yer verib. Amma bu addım da "ağ-qaralar"ı uğursuzluq zolağından çıxara bilməyib. Orxan Əliyev 27-ci, Julien Ebah isə 49-cu dəqiqədə fərqlənərək, "Kəpəz"in 2:0 hesablı qələbəsini təmin edib.
Bununla da Şahin Diniyevin baş məşqçisi olduğu komanda xallarını 15-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. "Neftçi" isə 10-cu məğlubiyyəti ilə üzləşib və 9 xalla 7-ci pillədə qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-neftci-xiii-turda-10-cu-defe-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR