Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

HƏMAS lideri İsraili raket zərbələri ilə hədələdi

HƏMAS lideri İsraili raket zərbələri ilə hədələdi

Date: 27 November 2016 16:17

Fələstin qanunverici orqanının (parlament) üzvü və HƏMAS-ın siyasi qanadlarından birinin lideri Muşir əl-Məsri qruplaşmanın min ədəd raketə malik olduğu və müharibə başlanacağı təqdirdə onların Tel-Əviv və onun şimal qəsəbələrinə tuşlanacağını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu o, HƏMAS-ın Qəzzada keçirilən mitinqində deyib.
"İşğalçıların gələcəkdə HƏMAS-ın hərbiləşdirilmiş qanadı "İzz əd-Din əl-Qəssam" ilə istənilən müharibəsi Tel-Əviv və ondan şimalda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ilə nəticələnəcək", - deyə o bildirib.
"İşğalçılar bütün qırmızı xətləri keçiblər. Onlardan sonuncusu da Yerusəlim və işğal edilmiş torpaqlarda ibadətə qadağanın qoyulmasına çağırış oldu", - deyə Əl-Məsri söyləyib.

Milli.Az


Tags:  HƏMAS lideri İsraili raket zərbələri hədələdi

RƏYLƏR


Top news