Azərbaycanda bu sahədə işləyənlərin maaşı 20 faizdən çox artıb

Azərbaycanda bu sahədə işləyənlərin maaşı 20 faizdən çox artıb
16:44 27 Noyabr 2016
347 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 96,6 min nəfər olub, orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 805,4 manat təşkil edib. Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 10 ayın yekunlarına dair məlumatında bildirilib. Qeyd edilib ki, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,1 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 14,4 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 1,7 faiz artıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR