"Bu komanda ilə nəsə etmək çox çətindir" - Elxan Abdullayev

"Bu komanda ilə nəsə etmək çox çətindir" -   Elxan Abdullayev
16:47 27 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

"Hər iki komandaya 3 xal lazım idi. Meydanda əzmkar oyun gördük. Futbolda öz şansından istifadə edə etməlisən. Biz bu gün şanslarımızdan yararlanmadıq. Ona görə də uduzduq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 13-cü turunda "Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonda deyib.

 

Daha sonra Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

 

- Mövsümü artıq "Neftçi” üçün bitmiş saymaq olaüq?

- Belə deməzdim. Qarşıda hələ 15 oyun var. Maksimum xallar yığsaq, nəyə ümid etmək olar Medallar üçün şansımız azalır.

 

- Oyundan başqa bu gün sizi komandanızda nə qane etmədi?

- Müdafiədə pis oynadıq. 29 qol buraxmışıq. Hər oyunda qapımızda minimum 2 qol görürük. Müdafiədə ciddi problemlərimiz var.

 

- Bəlkə komandanı bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət edəsiniz?

- Yaxşı fikirdi. Amma dövrənin sonuna az qalıb. Komandamızda psixoloji amil böyük rol oynamır. Əsas məsələ ustalıqdı.

 

- Amma ustalığı olanlar da seçilmirlər...

- Gözləmək lazımdır. Uduzmaq mənim də xoşuma gəlmir. Bu komanda ilə nəsə etmək çox çətindir. Heyətimizi gücləndirməliyik.


(futbol11.az)

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-komanda-il-ns-etmk-cox-ctindirquot-t54495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR