Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

Date: 27 November 2016 16:53

Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb.

Publika.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.

Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.

Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.

Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək.


Tags:  ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

RƏYLƏR


Top news