Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

Tarix: 27 Noyabr 2016 17:17

Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb. 

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.
 
Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.  
 
Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.
 
Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək. 

Milli.Az


Teqlər:  ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı



RƏYLƏR


Top xəbərlər