Göygöl sakininin evindən külli miqdarda narkotik
aşkarlanıb.
Publika.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Göygöl Rayon Polis
Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış
tədbirləri nəticəsində, Balçılı kənd sakini 61 yaşlı İlqar
Əliyevsaxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində
şübhəli bilinərək tutulub. Sonradan Əliyevin Balçılı kəndindəki
yaşadığı evə baxış keçirən polis əməkdaşları külli miqdarda
narkotik vasitə aşkarlayıblar.
Həmid Həsənov Göygöl Rayon Polis Şöbəsinin İstintaq Qrupunun
müstəntiqi: "Onun üzərinə hal şahidləri və vəkilin iştirakı ilə
baxış keçirilib. Üzərindən 45 qram narkotik bitki mənşəli vasitə
aşkar olunaraq götürülüb. Şübhəli şəxs qismində dindirilən zaman
yaşadığı Göygöl rayonu Balçılı kəndində evinin damında narkotik
vasitə olduğunu bildirmişdi. Evə baxış keçirilən zaman 5 ədəd
torbada narkotik vasitə olan marixuana və xaş-xaş tərəfimizdən
aşkarlanaraq götürülüb".
Saxlanılan şəxsin dediyinə görə, o, marağının bəlasına düşüb.
İlqar Əliyev saxlanılan şəxs: "Çaylaqdan yığmışdım. Gətirdim
toxumunu məhlədə əkdim. İstifadə etmirəm, satmıram. Maraq xatirinə
əkdim ki, görüm nə çıxır, bu nədir".
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi araşdırmalar aparır.