Ramil Usubov general qaynına yeni vəzifə verdi

Ramil Usubov general qaynına yeni vəzifə verdi
17:22 27 Noyabr 2016
929 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib. Milli.Az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib.

N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək.
Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır.

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR