İki il öncə qaraciyərini verdiyi xanımla evləndi - fotolar

İki il öncə qaraciyərini verdiyi xanımla evləndi - fotolar
17:26 27 Noyabr 2016
254 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-da maraqlı hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çikaqo şəhərində yaşayan Kris Dempsi adlı kişi iki il öncə əməliyyatla qaraciyərini bağışladığı Hezer Kruqer adlı xanımla ailə həyatı qurub.

Belə ki, 2014-cü ildə Dempsinin iş yoldaşı əmisi qızı Hezerə təcili qaraciyər lazım olduğunu bildirib. Onun sözlərinə görə, Hezerə tez bir zamanda qaraciyər köçürülməzsə, o, həyatını itirə bilər.

Bu zaman Dempsi iş yoldaşına narahat olmamağı və əmisi qızına qaraciyərinin yarısını verə biləcəyini söyləyib.

Həkimlərin müayinəsindən sonra Kris və Kruqer əməliyyata alınıb. Əməliyyat uğurla başa çatıb.
Daha sonra Dempsi Hezeri yaxından tanımaq üçün onu şam yeməyinə dəvət edib. O gündən cütlük görüşməyə başlayıb və bu il evləmək qərarına gəliblər.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR