Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Apple" "ağıllı" güzgü istehsal edəcək

"Apple" "ağıllı" güzgü istehsal edəcək

Date: 27 November 2016 17:32

Yaxın gələcəkdə "Apple" korporasiyası "ağıllı" güzgü istehsal edəcək.

Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, "iOS 10" əsasında yaradılmış ilk prototip artıq dizayner Rafael Daymek tərəfindən tərtib edilib.

ABŞ texnologiya şirkətinin əməkdaşı bildirib ki, tərtibatçılar bir neçə il müddətində smart-güzgü layihəsi ilə məşğul olublar. Bir müddət hətta mütəxəssislər layihənin təyinatını dəyişmək fikrində idilər. Son nəticə isə masa olmalı idi ki, bu ideya isə yararsızlığı baxımından dəstəklənməyib.

Cihaz sensor ekranlı tam funksiyalı güzgüyə bənzəyir. Sadəcə, onun üzərində tarix və saat, hava vidcetləri, müxtəlif əlavələr açmaq imkanı da mövcuddur. Eyni zamanda, 45 saniyə keçdikdən sonra isə cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.

Milli.Az


Tags:  Apple ağıllı güzgü istehsal edəcək



RƏYLƏR


Top news