Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu sektorda çalışanların maaşı artıb

Bu sektorda çalışanların maaşı artıb

Date: 27 November 2016 17:53

Bu ilin 10 ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 96,6 min nəfər olub, orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 805,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,1 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 14,4 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 1,7 faiz artıb.


Tags:  sektorda çalışanların maaşı artıb

RƏYLƏR


Top news