"Bu futbolçularla heç nə etmək olmaz"

"Bu futbolçularla heç nə etmək olmaz"
18:05 27 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Hər iki komandaya 3 xal lazım idi. Meydanda əzmkar oyun gördük. Futbolda öz şansından istifadə edə etməlisən. Biz bu gün şanslarımızdan yararlanmadıq. Ona görə də uduzduq.

Milli.Az qafqazinfo-ya istinadən xәbәr verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 13-cü turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonda deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daha sonra Abdullayev jurnalistlərin suallarını cavablandırıb. 

- Mövsümü artıq "Neftçi" üçün bitmiş saymaq olaq?

- Belə deməzdim. Qarşıda hələ 15 oyun var. Maksimum xallar yığsaq, nəyə ümid etmək olar Medallar üçün şansımız azalır.

- Oyundan başqa bu gün sizi komandanızda nə qane etmədi?

- Müdafiədə pis oynadıq. 29 qol buraxmışıq. Hər oyunda qapımızda minimum 2 qol görürük. Müdafiədə ciddi problemlərimiz var.

- Bəlkə komandanı bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət edəsiniz?

- Yaxşı fikirdi. Amma dövrənin sonuna az qalıb. Komandamızda psixoloji amil böyük rol oynamır. Əsas məsələ ustalıqdı.

- Amma ustalığı olanlar da seçilmirlər...

- Gözləmək lazımdır. Uduzmaq mənim də xoşuma gəlmir. Bu komanda ilə nəsə etmək çox çətindir. Heyətimizi gücləndirməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR