Avtobus minik avtomobili ilə toqquşdu - FOTO

Avtobus minik avtomobili ilə toqquşdu - FOTO
18:42 27 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Şəhərdə 1 saylı xətt üzrə sərnişin daşıyan "Hyunday" markalı avtobus "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/493568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR