“Neftçi” yenə uduzdu, Şüvəlanda qalib müəyyənləşmədi - VİDEO

“Neftçi” yenə uduzdu, Şüvəlanda qalib müəyyənləşmədi - VİDEO
19:03 27 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 13-cü tur çərçivəsində iki oyun keçirilib.

Publika.az xəbər verir ki, turun açılış oyunu Gəncədə "Kəpəz"lə "Neftçi" arasında baş tutub. Orxan Əliyev 27-ci, Julien Ebah isə 49-cu dəqiqədə fərqlənərək, "Kəpəz"in 2:0 hesablı qələbəsini təmin edib.

Bununla da Şahin Diniyevin baş məşqçisi olduğu komanda xallarını 15-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. "Neftçi" isə 10-cu məğlubiyyəti ilə üzləşib və 9 xalla 7-ci pillədə qalıb.

Turun ikinci oyununda AZAL Sumqayıtı qəbul edib. İlk hissə qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın heyətində Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Koronado isə həm kobudluğa, həm də etiraza görə cəzalandırılıb. Futbolçu qırmızı alaraq meydandan qovulub. Qarşılaşma 1:1 hesabi ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR