Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi" tarixindә belә vәziyyәtlә üzlәşmәyib"

"Neftçi" tarixindә belә vәziyyәtlә üzlәşmәyib"

Date: 27 November 2016 19:05

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçı gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların müdafiəçisi Mahir Şükürov məğlubiyyəti şərh edib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Amma meydançanın durumu oyunumuzu qurmağımıza imkan vermədi. Rəqib əlinə düşən imkanlardan istifadə etdi, biz istifadə edə bilmədik. "Neftçi" tarixində bu vəziyyətdə olmayıb. Bu qədər qol buraxdığımızı xatırlamıram. AZAL-la ev oyunumuz qalıb. Bu oyunda qələbə qazanıb, fasiləyə ümidlə yollanmaq istəyirik. Fasilədə komanda güclənməsə, yeni oyunçular cəlb olunmasa, bu vəziyyət düzələn deyil".

Milli.Az


Tags:  Neftçi tarixindә belә vәziyyәtlә üzlәşmәyib

RƏYLƏR


Top news