Karyerasında ilk dəfə "Formula-1" çempionu olub

Karyerasında ilk dəfə "Formula-1" çempionu olub
19:12 27 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

"Mersedes" komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə "Formula-1" çempionu olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, N. Rosberq "Formula-1"-in son mərhələsində - Əbu-Dabi Qran-prisində  "Mersedes" komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.
 
Ancaq "Formulı-1"-in son çempionu olan L. Hamilton bu dəfəki "Formula-1"-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib. "Formula-1" mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə sahibi "Ferrari" komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR