Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb

Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb
19:32 27 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

2017-ci ildə Rusiyada təşkil ediləcək futbol üzrə Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışın iştirakçıları ümumilikdə 20 milyon ABŞ dolları qazanacaqlar.

Turnirin qalibi 4,1, finalçısı 3,6 milyon dollar gəlir əldə edəcək. Bürünc mükafatçı 4, medal şansını sonda əldən verən komanda 2,5 milyon dollar mükafata sahib çıxacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon dollar ödəniləcək.

Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatma mərasimi sabah Kazan şəhərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR