Aktyorlar Kerem Bürsin və Leyla Lidia Tuğutlunun baş rollarını ifa etdiyi "Bu şehir arkandan gelecek" serialının yayımlanacağı kanal bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin "Kanal D" və "Show TV"də yayımlanacağı deyilirdi. Bir müddət əvvəl isə serialın ATV-də efirə gedəcəyi bəlli olub.
Kerem Bürsin və Leyla Lidia Tuğutlu ilə yanaşı "Bu şehir arkandan gelecek"də Gürkan Uygun, Osman Alkaş, Burak Tamdoğan da rol alacaq.
Milli.Az