İŞİD Mosulun şimalına hücum edib: 28 ölü, 50 yaralı

İŞİD Mosulun şimalına hücum edib: 28 ölü, 50 yaralı
19:57 27 Noyabr 2016
157 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın Mosul şəhərinin şimalına hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" məlumat yayıb.
Məlumata görə, terrorçuların şəhərin şimalını atəşə tutması nəticəsində 28 nəfər ölüb. Daha 50 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən ay İraqın baş naziri Heydər əl-Abadi Mosula hücum əməliyyatının başlandığını bildirib. O, ölkənin ikinci böyük şəhərinin ilin sonuna qədər terrorçulardan azad ediləcəyini bildirib. 
İraqın Müdafiə Nazirliyi isə Mosulda keçirilmiş əməliyyat zamanı 37 İŞİD terrorçusunun məhv edildiyini bildirib. Əməliyyat zamanı həmçinin İraqın 4 əsgəri ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-mosulun-simalina-hucum-edib-28-olu-50-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR