Azərbaycan futbolunda unikal hesablar: 11:3, 13:4, 15:0, 13:1, 12:0...

Azərbaycan futbolunda unikal hesablar: 11:3, 13:4, 15:0, 13:1, 12:0...
20:05 27 Noyabr 2016
127 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan I divizionda birinci dövrəyə yekun vurulub. Sonuncu - XIII tur "Səbail" - "Bakılı" qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb.

Milli.Az PFL-ə istinadən bildirir ki, bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və "Lokomotiv" (İmişli) arasında görüşdə rekord sayda - 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb.

Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. "Metallurq" (Sumqayıt)"Göytəpə" (Göytəpə) ilə görüşdə rekord vurub - 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. "Metallurq" 14 qolun vurulduğu görüşdə "Şirvan"ı (Ağdaş) məğlub edib - 13:1.

Qeyd edək ki, bir komandanın "Səbail" - "Bakılı" oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. "Neftçala" (Neftçala) səfərdə "Energetik"i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. "Zaqatala" elə "Energetik"in qapısından 10 cavabsız top keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR