Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Silvio Berluskoni İtaliyada keçiriləcək seçkilərdə iştirakını istisna etməyib

Silvio Berluskoni İtaliyada keçiriləcək seçkilərdə iştirakını istisna etməyib

Date: 27 November 2016 20:17

Bakı. 27 noyabr. REPORT.AZ/ İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni seçkilərdə iştirakını istisna etməyib.
"Report" xəbər verir ki, bu barədə "TASS" "Il Messaggero"ya istinadən məlumat yayıb.
Məlumata görə, 80 yaşlı keçmiş baş nazir bununla bağlı fikirlərini müsahibəsində qeyd edib. O, Strasburqdakı Avropa Məhkəməsinin qərarını gözləyir.
Berluskoninin vəkilləri İtaliya Məhkəməsinin qərarından kassasiya şikayəti veriblər. Keçmiş baş nazir əmindir ki, Strasburqda məhkəmə onun işi üzrə bəraət hökmünü çıxaracaq.
Qeyd edək ki, Berluskoni 2013-cü ildə maliyyə dələduzluğunda və digər cinayətdə müqəssir bilinib. Bu səbəbdən də ona seçkilərdə iştirak etmək və 8 il ərzində vəzifə tutmaq qadağan edilib. 


Tags:  Silvio Berluskoni İtaliyada keçiriləcək seçkilərdə iştirakını istisna etməyib

RƏYLƏR


Top news