"Çalışacağıq ki, azərbaycanlı futbolçuları Portuqaliyaya aparaq"

"Çalışacağıq ki, azərbaycanlı futbolçuları Portuqaliyaya aparaq"
20:27 27 Noyabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçını izləyənlər arasında Portuqaliyadan da qonaq olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, söhbət menecer Joao Kostadan gedir. Sözügedən qarşılaşmanı izləyən portuqaliyalı agent müsahibəsində ölkəmizə səfərinin məqsədini açıqlayıb.

- Gəlişinizi səbəbini bilmək maraqlı olardı...

- Bu, Azərbaycana ikinci gəlişimdi. Əvvəlcə Qəbələdə turnir keçiriləndə gəlmişdim. Son vaxtlar Azərbaycan futboluna maraq artıb. Sabah da "Zirə" - "İnter", daha sonra isə "Qarabağ" - "Qəbələ" matçını izləyəcəm. Canlı izləmək başqadı. Çalışacam ki, tez-tez sizin futbolu izləyim. Bəzi oyunçular var ki, onlara baxırıq.

- Bəyəndiyiniz futbolçular oldumu?

- Təbii ki, ad çəmkəyəcəm. Amma bir oyuna görə də fikir bildirmək çətindi. Bəli, konkret adlar var ki, onları izləyirik. Orxan Əliyevi "Portu"dan tanıyıram. Braziliyalıları əvvəlcədən tanıyıram. Çalışacağıq ki, azərbaycanlı futbolçuları Portuqaliyaya aparaq.

- Düşünmək olarmı ki, Budaq Nəsirov, Emin Mahmudov və Kamran Ağayevdən sonra Portuqaliyadan Azərbaycan futboluna maraq artıb?

- Hər şey futbolçunun xarici ölkədəki çıxışından asılıdı. Onlar uğurlu başlayıblar. Belə davam etsələr, Azərbaycandan olan futbolçulara daha da maraq artacaq. Budağın çıxışını izləyirəm. Biz gənc oyunçudan bəhs edirik. O, mübarizə aparmalıdı.

- Qışda Portuqaliya çempionatında növbəti azərbaycanlı futbolçunu görə bilərikmi?

- Qışda keçid çox çətindi. Klublar az mövqelər gücləndirirlər. Amma yay transferində bu, baş verə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR