Masallıda oğurluqla məşğul olan iki nəfər tutuldu

Masallıda oğurluqla məşğul olan iki nəfər tutuldu
20:34 27 Noyabr 2016
167 Digər
Ölkə mətbuatı
A- A+

 

Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.

 

Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayonun ayrı-ayrı yaşayış məntəqələrində  oğurluqda şübhəli bilinən iki nəfər  saxlanılıb.

 

İlkin araşdırmalardan məlum olub ki, rayon sakini  Kamran Hüseynov bu ilin fevral ayının 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə rayonun Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq  oradan 3 200 rus rublu  və 220 manat pulu oğurlayıb. Bundan sonra o,  28 aprel 2016-cı il tarixdə axşam saatlarında  rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə   məxsus yaşayış evinə gizli daxil olaraq oradan  1 850 manat pulu,   iyunun 26-da isə tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyeva  məxsus yaşayış evinə  gizli daxil olaraq  oradan 350 ABŞ dolları, 150 manat pulu və qızıl-zinət əşyaların oğurlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Hüseynov  və Fariq İbrahimovun digər bu kimi əməlləri də üzə çıxıb.

 

Həmçinin Kamran Hüseynov üzərindən  2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Kamran Hüseynov və Fariq İbrahimov  barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR