Banqladeşin baş nazirinə məxsus təyyarə Aşqabadda təcili eniş edib

Banqladeşin baş nazirinə məxsus təyyarə Aşqabadda təcili eniş edib
20:52 27 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Banqladeşin baş naziri Şeyx Hasin Vazedə məxsus "Boeing" təyyarəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə Dəkkədən Macarıstanın paytaxtı Budapeştə uçurmuş. Lakin hava maşınında texniki nasazlıq yaranıb.
Hadisə zamanı heç bir sərnişin xəsarət almayıb. Xəbərdə hazırda bütün sərnişinlərin təhlükəsiz şəraitdə olduğu qeyd edilir.
Banqladeşin mülki aviasiya naziri Rəşid Xan Menonun sözlərinə görə, hadisə vaxtı təyyarənin göyərtəsində 99 sərnişin və 22 ekipaj üzvü olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/banqladesin-bas-nazirine-mexsus-teyyare-asqabada-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR