Mobil telefon həvəskarlarına şad xəbər

Mobil telefon həvəskarlarına şad xəbər
21:06 27 Noyabr 2016
478 Şou
Ölkə mətbuatı
A- A+

Yeni ixtiranın köməyi ilə mobil telefonlar bir neçə saniyə ərzində enerji yığacaq.

Axçam.az-ın xarici Kİv-ə istinadən məlumatına görə, yeni texnoloji prosesin köməyi ilə sürətli enerji yığan yüksək tutumlu batareyalar yaradılacaq.  

Florida Universitetinin professoru Nitin Çudxari bildirib ki, yeni ixtiranın köməyi ilə mobil telefonlar bir neçə saniyə ərzində enerji yığacaq və bir həftə ərzində telefonu doldurmaq lazım gəlməyəcək.

Mütəxəssisin sözlərinə əsasən, hazırda istifadə olunan litium-ion akkumulyator batareyalarını 1500 dəfə enerji ilə doldurmaq olur. Sonra onların istifadə dövrü bitir və batareyalar zəifləyir. Lakinyeni ixtira olunacaq super-kondensator isə 30 min dəfə tam enerji yığdıqdan sonra da deqradasiyaya uğramayacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR