Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 3 otaq və aynabənddən ibarət mənzilin aynabəndində quraşdırılmış 1 ədəd qaz sobası, rəf 1 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan aynabəndin lambirindən ibarət tavanı 5 m²sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az