İsrail Suriya ərazisinə hava zərbəsi endirib

İsrail Suriya ərazisinə hava zərbəsi endirib
22:47 27 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 4 İŞİD silahlısı məhv edilib.
 
İsrail müdafiə ordusunun nümayəndəsi Piter Lerner bildirib ki, İsrail raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib. O, bundan əvvəl İsrail patrulunun  Holan yüksəkliklərindən pulemyot və qumbaraatanlardan atəşə tutulduğunu bildirib.
 
"İsrail hərbçiləri arasında ölən və yaralanan yoxdur", deyə P.Lerner vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR