Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili: "Azərbaycanla münasibətlərimiz strateji əhəmiyyətlidir"

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili: "Azərbaycanla münasibətlərimiz strateji əhəmiyyətlidir"

Date: 27 November 2016 22:57

Bakı. 27 noyabr. REPORT.AZ/ Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili ölkədə mühüm islahatların keçiriləcəyinə söz verib.
"Report" "Kafkazskiy uzel"ə istinadən xəbər verir ki, o, 4 il ərzində Gürcüstanda vergi, pensiya və hüquq-mühafizə orqanlarında islahatların keçiriləcəyini bildirib.
Yeni baş nazir qeyd edib ki, hökumətin "Azadlıq, sürətli inkişafı və əmin-amanlıq" proqramı məqsədyönlü və realdır. Kvirikaşvili regional münasibətlərin əhəmiyyəti haqqında da danışıb.
O, ölkəsinin AzərbaycanTürkiyə ilə münasibətlərini strateji əhəmiyyətli adlandırıb. Bununla yanaşı, Rusiya ilə də münasibətlərin əhəmiyyətli olduğunu bildirib. Lakin Kvirikaşvili Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı məsələdə heç bir güzəştin olmayacağını deyib.
Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ötən gün parlamentin etimad göstərdiyi Georgi Kvirikaşvilinin ölkənin baş naziri təyin olunması barədə fərman imzalayıb.


Tags:  Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanla münasibətlərimiz strateji əhəmiyyətlidir

RƏYLƏR


Top news