Meşə yanğınlarına görə 40 nəfər həbs edildi

Meşə yanğınlarına görə 40 nəfər həbs edildi
23:03 27 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin hüquq-mühafizə orqanları ölkə ərazisində baş vermiş meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40 nəfəri həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "Newsru.co.il" məlumat yayıb.

Məlumatda həbs edilənlərin İsrail və Fələstin vətəndaşları olduğu bildirilir. Onların ən azı 23 nəfərinə qarşı ittihamlar irəli sürüləcək.

Qeyd edək ki, noyabrın 23-də İsraildə güclü meşə yanğınları baş verib. Yanğınlar sonradan ölkənin bir neçə rayonunda davam edib.

Bu gün ölkənin bütün ərazisində söndürülmüş yanğınlar nəticəsində ümumilikdə 560 ev tamam və ya qismən zərər çəkib. 80 min insan təxliyə edilib, 180 nəfər xəsarət alıb.

Yanğınların söndürülməsinə ölkənin bütün xüsusi təyinatlı aviasiyası iştirak edib. Bununla yanaşı, İsrailin yanğınla mübarizə aparan aviasiya qrupuna Azərbaycan, Ukrayna, ABŞ, Türkiyə, Yunanıstan, Kipr, Britaniya, Xorvatiya, Fransa, İtaliya, Misir, İordaniya və Rusiya təyyarələri də kömək edib. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR