Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ

Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ

Date: 27 November 2016 23:47

Gözəl və zəif görünmə arzusu təəssüf ki, bəzən sağlamlıq problemlərinə gətirib çıxarır. Son dövrlərin dəbi sayılan dar geyimlər üzərində aparılan araşdırmalar bununla bağlı təhlükəli məqamlar ortaya çıxarıb. Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər aşağı belli və dar geyimlərin qasıq bölgəsində ciddi problemlər yaratdığını deyirlər. Belə ki, aşağı bel və dar şalvarlar qasıq bölgəsində sinir gərginləşməsinə səbəb olur. Bunun nəticəsində isə ayaqlarda hiss itkisi yaşanır.

Dəbi təqib etmək uğrunda əzab çəkən insanlar bud bölgəsində "meralgiaparesthetica" adı verilən sinir gərginləşməsi yaşayır. Bunun nəticəsində də ayaqların hiss etmə imkanı məhdudlaşır.
 
Ayaqlarını bir-birinin üstünə atan, dar şalvar geyinən insanlarda və şəkər xəstələrində "meraljiaparestetika" problemi müşahidə edilir. Ayaqlarda keylik, yanma və ağrı kimi əlamətlərlə özünü göstərir.
 
"Meraljiparestetika" beldən aşağı, qasığa doğru enən sinirin möhkəm şalvar, kəmər və ya korset ilə sıxışması nəticəsində yarana bilər. Bu sinir gərginləşməsi bud bölgəsində keyimə yaradır.
 
Dar geyimlər bədəndə qan dövranını pozur. Təbii ki, bunu bütün dar şalvar geyinənlərə şamil etmək olmaz. Bu, insanın əzələ quruluşu, toxuması və sinirlərin keçdiyi kanalın darlığına əsasən dəyişə bilər.

Milli.Az 
 


Tags:  Dar cins şalvarları qarderobunuzdan çıxarın ZƏRƏRLƏRİ

RƏYLƏR


Top news