Ukraynalı gimnast Oleq Vernyayev: "Azərbaycan və Rusiyadan bir sıra təkliflər almışam"

Ukraynalı gimnast Oleq Vernyayev: "Azərbaycan və Rusiyadan bir sıra təkliflər almışam"
23:47 27 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Ukraynalı gimnast, dünya Avropa və Olimpiya çempionu Oleq Vernyayev Rusiyadan, Azərbaycanda vətəndaşlıq, olimpiya oyunlarında bu ölkələri təmsil etmək barədə təklifləri aldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "NewsOne" telekanalında efirə gedən "Sizin əsəbləriniz sakitdirmi?" proqramında xəbər verib.
"Mən təkcə həmin ölkələrdən deyil, Almaniyadan da təklif almışam. İndi yenidən bununla bağlı təkliflər gəlir" – deyə o bildirib.
Lakin idmançı Ukraynada qalmaq istədiyini, bu ölkədə gimnastikanı 10 il bundan əvvəlki kimi səviyyəyə qaldırmağa çalışdıqlarını deyib. O, qeyd edib ki, bir neçə il öncə Ukrayna komandası bütün yarışlarda uğurla çıxış edərək medallar qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ukraynali-gimnast-azerbaycan-ve-rusiyadan-bir-sira-teklifler-almisam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR