İsrail Prezidenti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, onlara öz təşəkkürünü bildirib - FOTO

İsrail Prezidenti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, onlara öz təşəkkürünü bildirib - FOTO
23:47 27 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkıb.

Qeyd edək ki, bu gün İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR