İsrail Prezidenti yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in əməkdaşlarına təşəkkür edib

İsrail Prezidenti yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in əməkdaşlarına təşəkkür edib
00:02 28 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. 
"Report" FHN-in saytına istinadən xəbər verir ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.
Qeyd edək ki, bu gün İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirmişdir.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srail-prezidenti-yanginlarin-sondurulmesinde-istirak-eden-azerbaycan-fhn-in-emekdaslarina-tesekkur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR