Fransada seçkilər başa çatdı

Fransada seçkilər başa çatdı
00:34 28 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın sağ-mərkəzçi müxalifəti 2017-ci il prezident seçkilərində iştirak edəcək vahid namizədi müəyyənləşdirib.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin seçkilərin ikinci turu ilə əlaqədar noyabrın 27-də 10 mindən çox seçki məntəqəsi açılıb.

 

Seçkilərin birinci turunun nəticələrinə görə, Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon ikinci tura adlamışdılar. Seçkilərin ikinci turunun ilkin nəticələrinə əsasən, F. Fiyon 68,4%, A.Jüpe isə 31,6% səs toplayıb.

 

İlkin seçkilərin birinci turunda məğlub olan sabiq prezident Nikolya Sarkozi Fransua Fiyonu qələbə münasibəti ilə təbrik edib.

 

Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR