Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 baş iri buynuzlu heyvan yanaraq tələf oldu - Lənkəranda

5 baş iri buynuzlu heyvan yanaraq tələf oldu - Lənkəranda

Date: 28 November 2016 00:59

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Girdəni kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünü yanar konstruksiyaları, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 1 m2 sahədə yanıb.

 

Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tags:  baş iri buynuzlu heyvan yanaraq tələf oldu Lənkəranda


RƏYLƏR


Top news