Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ölümündən 150 il sonra dəfn edilən ən eybəcər qadın – FOTOLAR

Ölümündən 150 il sonra dəfn edilən ən eybəcər qadın – FOTOLAR

Date: 28 November 2016 01:18

Çirkin olduğuna görə sirkdə müxtəlif nömrələr göstərən Xulio Pastrana dünyanın ən eybəcər qadını kimi tarixə düşüb.

Publika.az-ın məlumatına görə, bir çoxlarının “meymun qadın” adlandırdığı Xulio hipertrixoza ilə doğulduğundan bədəni, üzü, qolları, hətta gözləri də tüklə örtülü olub.

Bir çoxlarına qorxunc təsir bağışlayan qadını Avropanın ayrı-ayrı ölkələrində sərgilərə çıxarıb insanlara göstəriblər.

Tünd-qara, gur saçlı qadın Meksikada doğulmuşdu. İri buruna, böyük qulaqlara malik qadının zahiri insanları qorxutsa da, ecazkar səsi və gözəl rəqsi ilə hər kəsi valeh edib. Mədəni davranışlı qadın 3 dildə sərbəst danışırmış.

Teodor Lentlə ailə qurmuş qadın ondan bir uşaq da dünyaya gətirib. Körpə özü də anası kimi tüklü olub. Yeni doğulan uşaq 3 gün yaşayıb. Bu doğuş ananın da həyatının sonunu gətirib.

1860-cı ildə dünyasını dəyişən qadının nəşi əri tərəfindən mumiyalanıb. Teodor həyat yoldaşının cəsədini “dünyanın ən eybəcər qadını” kimi sərgilərdə nümayiş etdirməyə başlayıb.

Nəşi oğurlanmış qadının meyiti Norveçdə tapılıb. 1943-cü ildə bu ölkəni işğal etmiş almanlar onu yandırıb birdəfəlik Yer üzündən silmək istəsələr də, mumiyalanmış ölünün onlara sərgilərdə külli miqdarda gəlir gətirəcəyini nəzərə alıb fikirlərindən daşınıblar.

Nəşi əldən-ələ keçən qadın ölümündən 150 il sonra – 2013-cü ilin 12 fevralında torpağa tapşırılıb. Ona yalnız torpağa tapşırdıqdan sonra ehtiram bəsləməyə başlayıblar.

Anar Tağıyev





Tags:  Ölümündən 150 il sonra dəfn edilən eybəcər qadın FOTOLAR

RƏYLƏR


Top news