Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu

Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu
01:19 28 Noyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf" filmi "Sosial mövzuda ən yaxşı qısametrajlı film" nominasiyasında birinci yerə layiq görülüb.

 

Neftlə zəngin Bakıda bir ailənin həyatından bəhs edən film 2015-ci ildə çəkilib və Avropada bir sıra festivallarda nümayiş olunub. "İşıq gələn tərəf" filmi Parisdə keçirilən festivalda isə xüsusi mükafata layiq görülüb.

 

İspaniyada keçirilən festivalda 20 ölkədən 60 qısametrajlı film təqdim olunub. Festivalın əsas nominasiyasında ispaniyalı Xuanxo Ximenesin filmi qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR