Peruda Putinə toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb

Peruda Putinə toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb
01:57 28 Noyabr 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Peruda Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yaxınlaşaraq ona toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə qadın özü yerli "RPP" radiostansiyasının efirində məlumat verib.
Xulia Kastro adlı qadın bildirib ki, paltar istehsalı sahəsində kiçik biznesi var. Onun Rusiya prezidentinə bağışlamaq istədiyi sviter öz müəssisəsi tərəfindən istehsal edilib.
Qadın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün polis bölməsinə aparılıb.
Xulia Kastro bu ölkədə keçirilən sammit çərçivəsində "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Çukerberqlə də görüşdüyünü deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/peruda-putine-toxunma-yun-koynek-bagislamaq-isteyen-qadin-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR