Orqanizmdə yod çatışmazlığını belə test edin FOTOLAR

Orqanizmdə yod çatışmazlığını belə test edin FOTOLAR
05:08 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yod orqanizm üçün çox mühüm elementdir, onun çatışmazlığı bədən kütləsinə, beyin funksiyalarına, psixi sağlamlığa və digər orqanlara, eləcə də orqanizmin ümumi vəziyyətinə ciddi təsir edir.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, qalxanabənzər vəzin hormonlarının 65% -i yoddan ibarətdir. Yod çatışmazlığı zamanı orqanizmdə qalxanabənzər vəzin həcmi böyüyür və özü lazımi miqdarda bu maddəni hazırlamağa çalışır. Amma bu, daha sonrakı mərhələlərdə baş verir.

эндемический зоб

Yod çatışmazlığı

йод для организма

Orqanizmdə yodun saxlanma səviyyəsini vaxtında müəyyənləşdirmək çox vacibdir. Bunu sadə testin köməyi ilə ev şəraitində də etmək olar. Bunun üçün gecə yatmazdan əvvəl qolunuza pambıqlı çubuqla 3 zolaq yod çəkin: yoğun, bir az enli və nazik.

тест на нехватку йода

Əgər səhər yuxudan duranda dəridə yodun heç bir izini görməsəniz, onda dərhal endokrinoloqa müraciət edin. Həkim dəqiq analiz qoyub lazımi preparatlar yazacaq.

Əgər yalnız 1 enli xətt qalıbsa, deməli, bədəninizdə yod normal səviyyədədir.

Əgər yalnız ən incə xətt yox olubsa, onda sizin sağlığınız təhlükə altındadır. Odur ki, yeməklərdə yodlaşdırılmış duz istifadə edin. Bu, hipotireoz profilaktikasının ən ucuz və əlverişli üsuludur. Amma bu məhsulu təkcə soyuq yeməklərdə istifadə etmək lazımdır. Əgər onu isti yeməklərə əlavə etsəniz, onda duzun təkribindəki yod uçacaq və faydasız olacaq.

йодированная соль

Yodun sutkalıq norması 100 qram dəniz kələm qarşılayır. Ciyər, feyxoa, morina və digər balıq növləri, eləcə də yumurta yodla zəngin məhsullardır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/170749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR