Çeçenistanda baş vermiş yol qəzasında 7 nəfər ölüb

Çeçenistanda baş vermiş yol qəzasında 7 nəfər ölüb
05:17 28 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Çeçenistanın "Qafqaz" magistralında baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb.
"Report"un "TASS"a istinadən məlumatına görə, bu barədə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov özünün "Instagram" səhifəsində yazıb.
O, bildirib ki, qəzaya səbəb "Ford" avtomobilinin sürücüsünün sərxoşluğu olub. "İlkin məlumata görə, qəzada "Ford" avtomobilinin sürücüsü təqsirkardır. Şahidlərin sözlərinə görə, o, sərxoş imiş".
Kadırov qeyd edib ki, "Ford", "VAZ-21014" və "Priora" avtomobillərinin toqquşması zamanı "Ford"un sürücüsü, 10 və 14 yaşlı iki qız, həmçinin 1 qız və 3 kişi ölüblər. Bundan əlavə, qəzada təqsirkarlardan olan "Priora" avtomobilinin sürücüsünün 11 yaşlı oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölmüş 5 nəfərin bir ailənin üzvü olduqları bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/cecenistanda-bas-vermis-yol-qezasinda-7-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR