Çeçenistanda dəhşətli qəza: 7 ölü, 2 yaralı

Çeçenistanda dəhşətli qəza: 7 ölü, 2 yaralı
05:19 28 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistanda ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Qavqaz” şosesində qeydə alınıb.

 

“Ford”, “VAZ 21014” və “Priora” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Qəza “Ford” markalı avtomobilin qəfil əks istiqamət zolağına çıxması nəticəsində baş verib.

 

Məlumata görə, qəzada ölənlərdən 5 nəfəri bir ailənin üzvləridir. Onlar arasında 10 və 14 yaşlı qızların olduğu bildirilir. Yaralılardan birinin isə 11 yaşlı oğlandır.

 

İlkin versiyaya əsasən, qəzaya səbəb "Ford"-ün sürücüsünün avtomobili içkili vəziyyətdə idarə etməsi olub. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR