Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb

Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb

Çində enerji stansiyası partladı (25 Mart 2017 17:08)
Çində elektrik stansiyası çökdü: 9 ölü (25 Mart 2017 14:37)
8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ (23 Mart 2017 12:03)

Tarix: 28 Noyabr 2016 08:12

Bakı. 28 noyabr. REPORT.AZ/ Çinin yerli polisi tikilməkdə olan elektrik stansiyasında baş vermiş və 74 nəfərin həyatına son qoymuş uçquna görə doqquz nəfəri şübhəli şəxs qismində saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, saxlanılanlar qəzaya görə məsuliyyət daşıyan şəxslərdir. Onların arasında "Yineng Tower Engineering Co. Ltd" şirkətinin idarə rəhbəri və obyektin baş mühəndisi də var.
Qeyd edək ki, hadisə noyabrın 25-də Çinin şərqindəki Szyansi vilayətinin Fençen səhərində baş verib. Tikilməkdə olan elektrik stansiyasının soyuducu qurğusu uçub. Nəticədə 74 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Teqlər:  Çinin elektrik stansiyasında baş vermiş qəzaya nəfər saxlanılıb



RƏYLƏR


Top xəbərlər