Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qırmızı soğan suyunun inanılmaz faydaları

Qırmızı soğan suyunun inanılmaz faydaları

Date: 28 November 2016 08:12

Soğan suyu saçları uzadır, ekzema və göbələk kimi saç dərisi xəstəliklərinə müalicəvi təsir göstərir.

Milli.Az publika.az-a istinadən soğan suyunun faydalarını təqdim edir.

Saça faydaları

1 xörək qaşığı bal və yarım stəkan soğan suyunu qarışdırın, saçlarınıza masaj edərək sürtün. 15 dəqiqədən sonra saçınızı yuyun. Bu maska saç tökülməsinin qarşısını alır. Soğanda olan kükürd baş dərisini qidalandırır və saçları parıldadır. Bundan başqa, aparılan tədqiqatlar göstərir ki, soğan suyu saçları uzadır və gücləndirir.

2 və ya 3 ədəd soğanı blenderdən keçirib suyunu süzün. Soğanı suyunu saçlarınıza sürtün. 10-15 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Bu maskanı həftədə iki dəfə tətbiq edin. Əgər səbr edib qoxusuna dözsəniz, saçların qısa müddətdə uzandığını və gücləndiyini hiss edəcəksiniz.

Dəriyə faydaları

Soğan suyu sızanaq müalicəsində də təsirlidir. Soğan suyunu bal və zeytun yağı ilə qarışdıraraq sızanaq və problemli hissələrə sürtün. Bu maska sizi zəhlətökən sızanaqları problemindən birdəfəlik xilas edəcək.

Dəri ləkələrini aradan qaldırmaq üçün soğan suyunu sarıkök ilə qarışdırın. Maskanı dərinizə sürtüb bir müddət gözlədikdən sonra ilıq suyla yuyun.
Soğan suyu bədəndə meydana gələn yağlanmanı azaldır. Həmçinin arıqlamaq istəyənlər üçün də effektli vasitədir.

Qırmızı soğan suyunun faydaları

Qaynadılmış soğan suyu immunitet sistemini gücləndirir. Bədənin bakteriyalarla mübarizəsinə kömək edir. Xüsusi ilə qırmızı soğan ən qüvvətli antioksidant mənbəyidir. Soğan həm də bəlğəm sökdürücüdür. O, ürəyi gücləndirir və qan dövranı pozulmasının müalicəsində də müsbət təsir göstərir.Soğan suyunun dadını xoşlamırsınızsa, onu yarım qaşıq balla və ya limon suyu ilə qarışdıraraq içib.

Soğan suyunun dəriyə heç bir əks təsiri yoxdur. Yalnız bəzən qaz yaradır. Bu səbəblə reflyuks xəstələri soğan suyu istifadə edərkən diqqətli olmalıdır.
Related image

Hamilə qalmaq istəyənlər də qorxmadan soğan suyu içə bilərlər.

Milli.Az


Tags:  Qırmızı soğan suyunun inanılmaz faydaları

RƏYLƏR


Top news